fb

Salsa

Oddur, enerjidir, qığılcımlardır!
Bu universal ünsiyyət dili sizin üçün bütün dünya üzrə tədbirlərə qapı açacaq. Sözlərlə kifayətlənməyin, özünüz sınayın.

Rəqs haqqında

Salsa bütün dünyada məşhur olan, cüt oynanılan sosial Latın Amerikası rəqsidir. O, enerjili hərəkətlər, çoxlu sayda dönmələr və effektli elementlər ilə seçilir. Baza texnikası ilk baxışda qəliz görünə bilər, lakin ona yiyələndikdən sonra hər şey getdikcə daha maraqlı olmağa başlayır.

 

Salsa oynayan insanlar çox böyük dünya birliyi təşkil edir və siz bu birliyin hissəsi olacaqsınız. Dünyanın hansı yerinə gedirsiz-gedin, istənilən yerdə bu parlaq və dinamik rəqs ilə məşğul olan bir klub və ya studiya mütləq vardır. Habelə, yeni, maraqlı tanışlıqlar əldə etmək üçün olduğunuz ölkənin dilini bilmək mütləq deyil — rəqs etməyi bacarmaq kifayətdir. 

Salsanın xüsusiyyətləri

  • Musiqi alətlərlə tanışılq və eşitmə qabiliyyətinin yaxşılaşması

  • Özünü formada saxlamağa kömək edən güclü fiziki yükləmə

  • Özünə əminlik və xarizma səviyyəsinin artması

  • Utancaqlığın aradan qaldırılması

  • Əks cins üçün cazibədarlığınızın artması

  • Balans və koordinasiya inkişafı

Açıq dərslər!

Burada sizin imkanınız var ki, salsanın baza hərəkətlərini öyrənəsiniz, müəllimlərlə tanış olasınız, dərslərin proqramı haqqında detallı məlumat alasınız və dərslərin ilk ayı üçün endirim əldə edəsiniz.

Salsa VİDEOLARı

  • Salsa
  • Salsa
  • Salsa