fb
Emin Məmmədov

Emin Məmmədov

— Emin Məmmədov Baila Baku studiyasının Salsa və Kuba rumbası üzrə aparıcı müəllimidir.
Emin Məmmədov


Emin rəqs aləminə 2011-ci ildə gəlib. Bundan öncə o, ciddi şəkildə idmanla məşğul olurdu, qayalara dırmaşma üzrə idman ustası olmağa namizəd idi. Elə orada, qayalara dırmaşmada aldığı ciddi zədə ona bu məşğuliyyəti tam şəkildə davam etdirməyə imkan vermədi. Ruhu və bədəni isə fiziki aktivlik tələb edirdi. Bu zaman, elə həmin qayalara dırmaşma klubunun üzvü olan Samirə ona salsaya gələrək birlikdə rəqs etməyi təklif etdi.

Onlar yeni başlayanlar arasında ilk salsa yarışmalarında qalib gəldilər və əldə etdikləri motivasiya sayəsində məşqlərə fəal davam etdilər. 4 il ərzində etdikləri məşqlər, iştirak etdikləri yeni yarışmalar və festivallar, xarici müəllimlərdən dərs aldıqdan sonra Emin və Samirə öz məktəblərini açmağa qərar verdilər.

Beləcə, 2015-ci ildə Baila Baku yarandı.
Əvvəlcə məktəbdə yalnız salsa dərsi verirdilər, sonra isə baçata, ça-ça-ça və rueda əlavə olundu. Vaxt ötdükcə, məktəb öz istiqamət spektrini daha genişləndirdi və indi bizdə həmçinin reggeton, caz-fank, strip-plastika, afrorumba və uşaqlar üçün miksdens qrupları da var.

⭐ Dərs verməklə yanaşı, Emin fəal şəkildə beynəlxalq rəqs festivallarında iştirak edir.
⭐ Həmçinin ça-ça-ça, kizomba, rueda, paçanqa, afro və rumba rəqsləri ilə də məşğuldur.

  • Emin Məmmədov
  • Emin Məmmədov
  • Emin Məmmədov