fb

Baila baku

Bakıda rəqs məktəbi

Burada biliklər hisslər ilə

intizam isə sərbəstlik ilə görüşür 

Haqqımızda

Baila Baku Sevgi və Qayğı ilə idarə olunan rəqs məktəbidir. Burada rəqs etməyi və öyrətməyi çox sevirlər, burada hər kəs bir-birinə qayğı göstərir.

 

Bizimlə Latın Amerikası və klub rəqslərini öyrənməkdən savayı, sən həmçinin Bakıda və onun ətrafında yeni dostlar tapırsan, böyük miqyaslı beynəlxalq birliyin üzvü olursan. Şən rəqs ailəmizə qoşul, birlikdə məşq edək və əylənək! 

məktəbimiz haqqında daha ətraflı

Bizi axtarırsınız, çünki

Utancaqsınız və yeni insanlarla tanış olmaqda çətinlik çəkirsiniz
Həyatınızda canlı ünsiyyət çatışmır
Həyatınızda fiziki aktivliyiniz azdır
Rəqs etməyi öyrənmək istəyirsiniz
Sizi görməyə şad olan insanların olduğu bir məkan axtarırsınız
Gündəlik stres ilə mübarizə yolunu axtarırsınız
Yeni, pozitiv emosiyalar axtarışındasınız
Öz şəxsi səbəbləriniz var :)

Nə üçün Baila Baku

  • Peşəkar təcrübəli müəllimlər

  • Şəhərin mərkəzində yerləşmə ("İçərişəhər" m. stansiyası ilə üzbəüz)

  • Hər tələbəyə səmimi fərdi yanaşma

  • Hamı üçün çay, su və şirniyyat

  • Şəhərə gözəl mənzərəsi olan rahat, işıqlı zal

  • Daimi mehriban emosional atmosfer

Siz bizimlə olanda, həyatınıza bir

çox şey daxil olur:​

Buradakı müxtəlif həyat və peşə sahələrindən gələn şən insanları rəqsə sevgi birləşdirir. Siz bu birliyin hissəsi olacaqsınız. Həm də təkcə Bakıda deyil, bütün dünya üzrə.

Mehriban birlik

Buradakı müxtəlif həyat və peşə sahələrindən gələn şən insanları rəqsə sevgi birləşdirir. Siz bu birliyin hissəsi olacaqsınız. Həm də təkcə Bakıda deyil, bütün dünya üzrə.

Şən səyahətlər və tədbirlər

Şəhərdən kənara, pikniklərə və dənizə səyahətlər, çay masası arxasında görüşlər, masaüstü oyunlar, velosiped və rolikdə gəzintilər: bizə təki əylənməyə şərait yarat. Komandamızın artması bizi həmişə sevindirir. 

Özündən əminlik

Artıq həm elmi, həm qeyri-elmi cəhətdən sübut edilib ki, rəqs bacarığı özünə inam və daxili xarizmanı artırmağa kömək edir. Əsası odur ki, özünüz bunu istəyəsiniz, o zaman hər şey alınacaq. Biz isə köməkliyimizi heç zaman əsirgəməyəcəyik. 

Peşəkar inkişaf

Burada peşəkar inkişaf şansı da var. İstədiyinizdə siz hətta müəllim, assistent və ya tədbirlərin təşkilatında köməkçi də ola bilərsiniz: biz sizə inkişaf yolunda kömək etməyə şad olarıq, siz isə özünüzü ən yüksək səviyyədə nümayiş edə biləcəksiniz.

Əla netvorkinq

Dediyimiz kimi, rəqs edən insanlar tamamilə müxtəlif həyat və peşə sahələrindən gələn insanlardır. İncəsənət adamları, biznesmenlər, həkimlər, tələbələr, ofis işçiləri: bir sözlə, HAMI :) Dərslərdə və rəqs tədbirlərində isə tanış olmaq daha asan və rahatdır.

Sağlam fiziki aktivlik

Kompyüter qarşısında bütün gün keçirdikdən sonra əzələlərinizi hərəkətə gətirmək tam yerinə düşər! Hələ bu, şən tərzdə və yaxşı kompaniyada keçirsə – bundan yaxşı nə ola bilər? Proqramımız maksimal effektiv şəkildə qurulub: siz ən asan elementlərdən daha çətin olanlara doğru irəliləyirsiniz. Dərslər sizə əzələlərinizi tonusa gətirmək, oynaqlarınızı hərəkətə gətirmək, nəfəs sisteminin işini yaxşılaşdırmaq, plastiklik və koordinasiyanı inkişaf etdirməyə kömək edəcək.

Emosional sağlamlıq

Öz üzərimizdə yoxlayaraq, tələbələrimiz, həmkarlarımız və hətta alimlərin sübutlarına arxalanaraq deyə bilərik ki, rəqs etmək əhvalı yüksəldir və emosional fonumuzu sağlamlaşdırır. Müntəzəm dərslər stres ilə mübarizə aparmağa və sinir sistemini sakitləşdirməyə kömək edir. İnanmırsınız? Özünüz sınayın!

Rəqs etmək bacarığı

Bu bacarıqda ən yaxşı məqamın nə olduğunu bilirsiniz? O, universaldır: yəni bizdə rəqs etməyi öyrəndikdən sonra siz dünyanın istənilən nöqtəsində, istənilən tədbirdə rəqs edə biləcəksiniz. Hətta ölkənin dilini bilmədiyiniz halda belə, universal rəqs dili sizə yeni, xoş tanışlar tapmağa kömək edəcək.

Rəqs növləri

Məktəbin müəllimləri