Samirə Fərəcova
Samirə salsa ilə 2009-ci ildə məşğul olmağa başlayıb. 3-4 ay davam edən məşğələlərdən sonra karyera səbəbilə bir illik fasilə verdi. Sonra yenidən rəqslərə qayıtdı və artıq bu işi buraxmadı. Burada böyük rolu Eminlə tanışlıq oynadı – onlar "beginners" kateqoriyasında salsa üzrə ilk yarışmalarına hazırlaşmağa başladılar. Qalib gəldikdən sonra yaranan ruh yüksəkliyi və motivasiya onları məşqlərini daha inadlı şəkildə davam etdirməyə sövq etdi. 4 il ərzində məşqlər, yeni yarışmalar, festivallarda iştiraklardan və xarici müəllimlərdən dərs aldıqdan sonra onlar öz rəqs məktəbini açmaq qərarına gəldilər.
Beləcə, 2015-ci ildə Baila Baku yarandı. Əvvəlcə məktəbdə yalnız salsa dərsi verirdilər, sonra isə baçata, ça-ça-ça və rueda əlavə olundu. Vaxt ötdükcə, məktəb öz istiqamət spektrini daha genişləndirdi və indi bizdə həmçinin reggeton, caz-fank, strip-plastika, afrorumba və uşaqlar üçün miksdens qrupları da var.
⭐ Dərs verməklə yanaşı, Samirə fəal şəkildə beynəlxalq rəqs festivallarında iştirak edir, şou tərzli xoreoqrafiyalar yaradır və çıxış edir.
⭐ Həmçinin ça-ça-ça, kizomba, reggeton, caz-fank, rueda və paçanqa rəqsləri ilə də məşğuldur.