fb

Reggeton

Bu, elə bir dəlisov drayvdır ki, həm rəqqasın, həm də izləyicinin sanki ayaqları yerdən kəsilir. Xoşbəxtlik hormonlarının səviyyəsinin sürətlə qalxması mütləqdir!

Rəqs haqqında

Reggeton müasir zamanda ən enerjili və cəsarətli solo rəqslərdən biridir. O, reggi, hip-hop və denshol tərzlərinin birləşməsi nəticəsində yaranıb. Öz adını da reggi musiqisindən alıb.
Bakıda bu rəqs nisbətən yeni yaranıb, və bizim Elisimiz bu istiqamətin nadir müəllimlərindən biridir.


Reggetonun əsas xüsussiyyətlərdən biri — omba və bədən ilə ritmik hərəkətlərdir. Ümumiyyətlə, burada bütün bədən aktiv işləyir. Belə ki, 1) artıq enerjinizi atmaq və ya 2) çatışmayan enerjini əldə etmək istəyirsinizsə, mütləq reggetona gəlin! Rəqs təcrübəsi gərək deyil, biz sıfırdan öyrədirik.

Reggetonun xüsusiyyətləri

  • Fitnes proqramından əskik olmayan kardio yüklənmə verir

  • Ürək-damar və nəfəs sistemini inkişaf etdirir

  • Əzələləri gücləndirir və orqanizmin dözümlülüyünü artırır

  • Cazibədarlıq enerjisini yüksəldir

  • Hər vaxt coşduran musiqi əhvalı dərhal yüksəldir

  • Onu istənilən klub tədbirlərində oynamaq olar

Sınaq dərsləri

Reggetonun üstünlüklərindən biri odur ki, sən artıq aktiv qrupa qoşula bilərsən. Sınaq dərsi pulsuzdur. 

video

  • Reggeton