fb

Baçata

Zəriflik və həssaslığın vəhdətidir.
Bu, sevgi və cazibənin dilidir – onu öyrəndikdə siz həyatınızı daha parlaq edəcəksiniz.

Rəqs haqqında

Baçata bütün dünyada məşhur olan romantik və hissiyatlı, cüt oynanılan bir rəqsdir. Onun əsas özəllikləri axıcılıq, zəriflik və plastiklikdir. Bu rəqsin baza texnikasına yiyələnmək yetərincə asandır: ciddi məşğul olsanız nisbətən qısa zaman içində gözəl rəqs etməyi öyrənmək olar. Bundan sonra isə yalnız elementləri mükəməlləşdirmək, cütlükdə qarşılıqlı əlaqəni və musiqi duyumunu inkişaf etdirmək lazım olacaq.



Baçateros (baçata oynayan insanlar belə adlanır) birliyi bütün dünya üzrə olduqca böyükdür: hər ölkədə siz vaxtınızı şən keçirə biləcəyiniz və yeni, maraqlı tanışlıqlar əldə edə biləcəyiniz rəqs tədbirlərinə rast gələ bilərsiniz.

Baçatanın xüsusiyyətləri

  • O, həm zərif, həm cəsarətli ola bilər

  • Balans və koordinasiya inkişafı

  • Ürək-damar sisteminə müsbət təsir

  • Plastikanın və mobilliyin inkişafl

  • Əks cins üçün cazibədarlığınızın artması

  • Kompaktlıq: baçata çox yer tələb etmir

Müəllimlər

    Açıq dərslər!

    Baçata üzrə açıq dərslərdə siz, rəqsin baza hərəkətlərini öyrənə, müəllimlərlə tanış ola, dərslərin proqramı haqqında detallı məlumat ala və dərslərin ilk ayı üçün endirim əldə edə bilərsiniz.